AZ

YAP namizədlərini parlamentə təqdim etdi ADLAR

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Milli Məclisə təqdim edilməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib.Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
42
modern.az

10Mənbələr