AZ

Əqli mülkiyyətə və müəlliflik hüququna diqqəti cəlb etmək prioritet məsələlərdir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Xəbərin mətni

Aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür. Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Azərbaycan Bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında böyük təcrübəyə malikdir. 1997-ci ildən başlayaraq Kitab və Müəlliflik hüququ bayramını, 2001-ci ildən isə əqli mülkiyyət günləri bizim ölkədə keçirilir. Bu ənənə Əqli Mülkiyyət Agentliyində illər boyu mövcuddur. On ildir ki, ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və hər il “və ya” sözləri yenilənən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur. Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri" mövzusunda konfransda deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
icma.az

2Mənbələr