AZ

ATMU-nun kafedra müdiri Düşənbədə keçirilən beynəlxalq forumda - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işi kafedrasının müdiri, f.e.n., dos. Hafiz Hüseynov Tacikistan Respublikasının Düşənbə şəhərindəki Beynəlxalq Turizm və Sahibkarlıq Universitetində baş tutan “Davamlı İnkişaf üçün Tərəfdaşlıq: Yaşıl. Rəqəmsal. Ağıllı” (Partnership for Sustainable Development: Green. Digital. Smart) adlı beynəlxalq forumun  iştirakçısı olub. 

"Unikal" xəbər verir ki, forumun gündəmində davamlı inkişaf, rəqəmsallaşma və “yaşıl” iqtisadiyyat prinsipləri əsasında müzakirələrin keçirilməsi nəzərdə tutulub. Mühüm platformaya əsaslanan tədbirdə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin, dövlət qurumlarının,eyni zamanda özəl sektorun səlahiyyətli nümayəndələri  təmsil olunub.

ATMU-nun kafedra müdiri dos.H.Hüseynov “Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolu” mövzusunda çıxışında Azərbaycanın sağlamlıq turizmi sahəsində mövcud potensialının perspektiv imkanlarına detallı aydınlıq gətirib. 

Beynəlxalq forum çərçivəsində fəaliyyət göstərən “Turizm Sənayesinin Davamlı İnkişafının Hüquqi Təminatı: Təcrübə və Perspektivlər” (International Conference: Modern Trends in Legal Support of Sustainable Development of the Tourism Industry: Experience and Prospects) adlı tədbirin moderatoru olan H.Hüseynov  turizm sektorunda davamlı inkişafın hüquqi təminatı, rəqəmsallaşma və süni intellektin tətbiqi kimi aktual məsələlərin müzakirəsinin icrasında idarəetmə bacarığı ilə fərqlənib.

Qeyd edək ki ATMU nümayəndəsi,”Davamlı İnkişaf üçün Tərəfdaşlıq:Yaşıl Rəqəmsal Ağıllı”adlı Beynəlxalq Forum  çərçivəsində adıkeçən  tədbirin ev sahibi  universitetin bakalavr səviyyəli tələbələri üçün nəzərdə tutulan  açıq dərsdə Azərbaycanda sağlamlıq turizminin inkişaf istiqamətləri, müasir turizm trendləri, sağlamlıq turizminin inkişaf perspektivləri və bu sahədə beynəlxalq təcrübənin əhəmiyyətindən  danışıb.

Seçilən
61
34
unikal.az

10Mənbələr