AZ

Xüsusi internat məktəbinin yataqxanasında yanğın Video Yenilənib

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kv.m. sahədə deformasiya olub.

Yataqxana binası yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, bu gün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib: “Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
45
qafqazinfo.az

10Mənbələr