
Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlaara istinadən xəbər verir ki, glənlərin 25,9 faizi Rusiya, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 1,8 faizini kişilər, 28,2 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 3,5 faiz azalaraq 452,6 min nəfər olub. Vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiyaya (4 faiz az), 10,2 faizi Gürcüstana (11 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.