AZ

4 il oxuyub işsiz qalacaqlar -Yeni ixtisasa sərt REAKSİYA

“Menecment ixtisaslarının gələcəyin ixtisasları siyahısında yer almadığını düşünürəm. Çünki bu, idarəetmə sahəsinə aid olduğuna görə əmək bazarında çox tələb olunan, axtarılan bir ixtisas deyil. Gəlin baxaq: bu ixtisas mövcud olmadan əvvəl həmin işi kimlər görürdü? Bu işi görənlərin, doğrudanmı, bu ixtisas çərçivəsində tədris olunacaq fənlərin verdiyi biliklərə ehtiyacı varmı?”

Bu fikirləri Redaktor.az-a bakalavriat səviyyəsində yeni açılan “Daşınmaz əmlakın idarə olunması” ixtisası haqqında danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi. 

O hesab edir ki, daşınmaz əmlakın idarə olunması sahəsində tədris olunacaq fənlər, əsasən, dövlət və bələdiyyə idarəetməsi ixtisasında keçirilən fənlərə bənzəyəcək:

“Bu ixtisasa, əsasən, aşağı balla qəbul olan, digər ixtisaslara daxil ola bilməyən və ya arzuladıqları ixtisaslara düşməyən abituriyentlər yönələcəklər. Onlar bakalavr məzunu olacaqlar və ödənişli əsaslarla həm dövlət, həm də universitetlər müəyyən gəlir əldə edəcək. Bu ixtisasın bundan başqa ciddi bir məqsədə xidmət etdiyini düşünmürəm.

Hazırda əsas məsələ əmək bazarının tələbatını düzgün müəyyənləşdirməkdir: bazar hansı peşələrə və hansı spesifik sahələrə ehtiyac duyur? Məsələn, böyük yaşayış komplekslərinin idarə olunması sahəsində müəyyən imkanlar mövcuddur. Bu komplekslərdə menecer vəzifəsində çalışan, idarəetmə işlərini həyata keçirən şəxslər var.
Amma sual yaranır: bu işi indiyədək görən insanların bakalavr təhsilinə ehtiyacı olubmu? Bu ixtisasın məzunları gələcəkdə həmin vəzifələrə həqiqətən iş tapa biləcəklərmi? Azərbaycanda bu sahədə işləmək üçün bakalavr diplomu tələb olunurmu? Əgər belə bir tələb yoxdursa, bu ixtisasın açılması və 4 ildən sonra məzunların əmək bazarında real perspektiv əldə edib-etməyəcəyi sual altındadır".

NURİYYƏ

Seçilən
26
1
redaktor.az

2Mənbələr