AZ

"Nişanımda hər şeyi öz pulumla almışam, oğlan evi isə HEÇ NƏ"

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, nişan mərhələsində yaşanan bir çox məqamlar ailəsindən gizli qalıb. Onun sözlərinə görə, nişan zamanı ona ənənəvi olaraq qızıl hədiyyələr təqdim olunmayıb. Yalnız nənəsi tərəfindən qızıl dəst taxıldığını deyən ifaçı, qarşı tərəfdən isə heç bir hədiyyə verilmədiyini vurğulayıb.

Aysun qeyd edib ki, nişan xonçaları üçün lazım olan bütün xərcləri özü qarşılayıb. O, bu vəsaiti Şəmkirdə qatıldığı toy məclisindən qazandığı pulla təmin etdiyini açıqlayıb. Müğənni həmçinin kosmetika, geyim və digər xonça atributlarını da şəxsi büdcəsi hesabına aldığını deyib.

Bundan əlavə, sənətçi nişan üzüklərinin də öz tərəfindən alındığını bildirib. Yalnız evlilik təklifi zamanı təqdim edilən üzüyün isə yeni alınmadığını, qarşı tərəfin anasına məxsus olduğunu qeyd edib.

Onun bu etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
15
3
milli.az

4Mənbələr