AZ

Tehran: Məsləhətləşmə gedir, növbəti görüş Ağ Evdən asılıdır

İran nümayəndə heyətinin Amerika tərəfi ilə danışıqların yeni mərhələsində iştirakı məsələsi hələ də nəzərdən keçirilir. 

Ölkə.az xəbər verir ki, bunu İranın Tunisdəki səfiri Mir Məsud Hüseynian deyib.
İranlı diplomatın sözlərinə görə, danışıqların vaxtı və yeri ABŞ-ın hərəkətlərindən asılıdır.
"Bu məsələ hazırda nəzərdən keçirilir və son qərar yerindəki vəziyyətin dəyişməsinə və diplomatik məsləhətləşmələrə əsasən açıqlanacaq. Hər halda, İranın danışıqlarda iştirakı Amerika tərəfinin hərəkətlərindən asılıdır", - diplomat qeyd edib.

O əlavə edib ki, növbəti görüşün vaxtının və yerinin müəyyən edilməsində  həlledici amil Amerika tərəfinin atəşkəs şərtlərinə nə dərəcədə sadiq qalmasından asılı olacaq. 

Mürtəza

Seçilən
50
olke.az

1Mənbələr