AZ

Solovyovun Meloni haqqında təhqirləri qalmaqal yaratdı: Səfir XİN-ə çağırıldı

İtaliyanın baş naziri Corcia Meloni rusiyalı teleaparıcı Vladimir Solovyov tərəfindən ağır təhqirlərə məruz qalıb.

Musavat.com xəbər verir ki, baş verən hadisə ilə əlaqədar İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağırıb.

Məlumata görə, rusiyalı təbliğatçı V. Solovyov efir zamanı italyan dilində nalayiq ifadələr işlədərək Melonini "faşist", "axmaq" və ağır söyüşlərlə təhqir edib.

O, həmçinin İtaliya baş nazirini ABŞ prezidenti Donald Trampa "xəyanət etməkdə" ittiham edərək, "xəyanət Meloninin ikinci adıdır" ifadəsini işlədib.

Rusiya səfiri Aleksey Paramonov isə XİN-ə çağırılmasına təəccübləndiyini bildirib.

Səfir qeyd edib ki, Solovyovun sözləri hökumətin rəsmi mövqeyi deyil və Rusiya rəhbərliyindən heç kim indiyədək Meloni və ya İtaliya ünvanına alçaldıcı fikirlər səsləndirməyib.

Musavat.com

Seçilən
60
1
musavat.com

2Mənbələr