AZ

Xızı yay turizm mövsümünə hazırlaşır

Dağlar qoynunda məskən salan Xızı turistlərin yayda ən çox üz tutduqları bölgələrimizdəndir. O səbəbdən hər il aprel ayından turizm mövsümünə start verilir.  Çünki Xızıya turistlər əsasən bu ərəfədən təşrif buyurmağa başlayıblar. 

Rayon mərkəzində sututarlar,  arxlar təmizlənir, kəndlərə gedən yollar təmir edilir. Altıağac və Qızılqazma istiqamətində  yollarda  asfaltlanma işləri aparılır,  yol kənarlarına ağaclar əkilir və onlara texniki qulluq göstərilir. Həmçinin səkilərin kənarı rənglənir,  maşınların rahat hərəkətini təmin etmək üçün nişanlar yenilənir. 

Bu işlərin çoxu rayonda keçirilən iməciliklərdə görülür. Rayonda fəaliyyət göstərən təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin kollektivlərinin yaxından iştirak etdikləri iməcilikdə ağaclar əkilir, ətraf ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif işlər görülür, suvarma üçün ayrılan, yağışlar nəticəsində palçıqla dolan  kanallar təmizlənir. 

Paralel olaraq Xızının iri istirahət mərkəzlərində monitorinqlər aparılır. Bu zaman istirahət mərkəzlərinin yollarının təmirinə, abadlıq işlərinə, təmizliyə ciddi fikir verilir. 

Akif ƏLİYEV,

“Azərbaycan”

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr