AZ

Niyam Səlami: "Atam deyirdi ki, səndən adam olmayacaq"

Müğənni Niyam Salami açıqlaması ilə diqqət çəkib.

Yeniliik.az xəbər verir ki, “Xəzər axşamı” proqramında qonaq olan ifaçı uşaqlıq xatirələrindən danışıb. O bildirib ki, atasının ona dediyi sözlər sonradan yaradıcılığına da təsir edib:
"Ailədə 8 uşaq idik. Süfrə açıb 11 nəfər yerdən oturardıq. Atam böyükləri tərifləyə-tərifləyə gəlirdi və ən axırda yeddinci mən idim. Deyirdi ki, "Səndən adam olmayıb, olmayacaq da. Get belini götür, işlə". Cavab verirdim ki, narahat olma, bamiyə satıb səni saxlayaram. O söz beynimdə qaldığı üçün "Səndən adam olmayacaq" mahnısını oxudum".

Seçilən
40
13
yenilik.az

10Mənbələr