AZ

Rıza Kayaalp Avropa rekordunu qırdı, Rəcəb Tayyib Ərdoğan zəng vurdu ALBANİYADAN + FOTO/VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında tarixi uğura imza atıb.

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı bütün rəqiblərinə qalib gələrək 13-cü dəfə qitənin ən güclüsü olub.

Bu qələbə ilə türk güləşçi Avropa rekordunu yeniləyib. Bundan əvvəlki rekord 12 qat Avropa çempionu olan əfsanəvi Aleksandr Karelinə məxsus idi.

Qeyd edək ki, Karelinin bu nailiyyətini 26 il ərzində heç bir güləşçi üstələyə bilmirdi. Rıza Kayaalp Tiranadakı zəfəri ilə adını idman tarixinə qızıl hərflərlə yazdıraraq ən çox Avropa çempionluğu qazanan güləşçisi ünvanına sahib çıxıb.

Qələbədən sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Rıza Kayaalpa zəng edərək qələbə və rekord münasibətilə təbrik edib.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
icma.az

1Mənbələr