ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı müğənni Madonna 2006-cı ildəki "Coachella" festivalından sonra yoxa çıxan vintaj səhnə kostyumuna görə mükafat elan edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib. Müğənni qeyd edib ki, itən əşyalar arasında bənövşəyi korset, "Gucci2 markalı gödəkçə və çəkmələr var. Həmin geyimlərdə o, Sabrina Karpenter ilə birlikdə çıxış edib.
“Bu sadəcə geyim deyil, mənim tariximin bir hissəsidir. O dövrdən qalan digər xatirə əşyaları da yoxa çıxıb. Ümid edirəm və dua edirəm ki, kimsə onları tapsın və komandamla əlaqə saxlasın” deyə, sənətçi yazıb. O, əşyaları qaytarana pul mükafat da vəd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.