AZ

SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin rəhbəri Məcid Musəvi ABŞ bazalarına ev sahibliyi edən region ölkələrinə müraciət edib.

Publika.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, komandan həmin dövlətlərin ərazisindən İrana hücum ediləcəyi təqdirdə bunun cavabsız qalmayacağını bəyan edib.

Musəvi düşmənin həddini aşacağı təqdirdə İranın istənilən nöqtəni hədəf almaq imkanına malik olduğunu vurğulayıb. O, həmçinin cənub qonşularına xəbərdarlıq edərək bildirib ki, onların ərazi və resursları İran xalqına qarşı istifadə olunarsa, bu, Yaxın Şərqdə neft hasilatının sonu demək olacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və digər yüksək rütbəli şəxslər həlak olub. Bu hadisədən sonra İran tərəfi həm İsrailə, həm də ABŞ müttəfiqlərinin yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.

Seçilən
209
37
publika.az

10Mənbələr