ABŞ Prezidenti Donald Tramp İranla bağlı atəşkəs rejiminin müddətinin artırıldığını açıqlayıb. Metbuat.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib. Tramp bildirib ki, qərar Pakistan rəhbərliyinin xahişindən sonra qəbul olunub. ABŞ lideri qeyd edib ki, buna baxmayaraq, İrana qarşı tətbiq edilən dəniz blokadası qüvvədə qalır. O vurğulayıb ki, hərbi qüvvələr hazır vəziyyətdə saxlanılır. Tramp əlavə edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və ordu rəhbəri Asim Munirin təşəbbüsü ilə tərəflərin ümumi mövqe üzərində işləməsi üçün şərait yaradılır. Onun sözlərinə görə, təqdim olunacaq təklif və danışıqların yekunu müəyyənləşənə qədər atəşkəs rejimi davam edəcək.