AZ

“Həyatımın ən gözəl vaxtını yaşayıram”

Rəqqasə Rəna Ağamuradova sosial şəbəkədə etdiyi səmimi paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.

Musavat.com xəbər verir ki, sənətçi hazırkı həyat mərhələsindən olduqca məmnun olduğunu ifadə edib. Renka paylaşımında daxili dünyasında baş verən müsbət dəyişikliklərdən söz açaraq bildirib ki, artıq özünə daha çox vaxt ayırır və özünü daha dərindən tanımağa başlayıb.

O, fikirlərini bu sözlərlə ifadə edib: “Həyatımın ən gözəl vaxtını yaşayıram. Ancaq özümlə məşğulam, özümü anlamağa başlamışam, özümü sevməyə başlamışam. Kitablar oxuyuram, maraqlı insanlarla tanış oluram, həyatımda belə rahat, hüzurlu olmamışdım”.

Sənətçinin bu paylaşımı izləyiciləri tərəfindən müsbət qarşılanıb.

Könül

Musavat.com

Seçilən
52
1
musavat.com

2Mənbələr