ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobil bazarında elə bir vəziyyət yaranıb ki, satıcı çox, alıcı isə yox dərəcəsindədir. Sanki hamı nəfəsini dərib kənardan müşahidə etməyə üstünlük verir. Bazarda Çin maşınlarının həddindən çox olması və insanların bu avtomobillərin keyfiyyətinə hələ tam əmin olmaması ümumi alqı-satqı prosesini zəiflədib.Demokrat.az xəbər verir ki, bu barədə avtoeskpert Razil Nağıyev deyib. Onun sözlərinə görə, bazardakı durğunluğun və ölkəyə gətirilən maşınların sayının azalmasının əsas səbəbi təklifin tələbi üstələməsidir. Bu prosesdə isə əsas rolu Çin markaları oynayır."Son dövrlərdə bazara çox sayda Çin istehsalı avtomobillər daxil olub. Bu markalar nisbətən münasib qiymət və zəngin komplektasiya ilə bazarda sürətlə pay qazanmağa başladı və nəticədə ümumi təklif ciddi şəkildə artdı. Lakin bu artım tələbin eyni tempdə yüksəlməsi ilə müşayiət olunmadı və bazarda balans pozuldu" - deyə o bildirib.Razil Nağıyev qeyd edib ki, bəzi alıcılar hələ də yeni markalara şübhə ilə yanaşırlar. Onlar Çin avtomobillərinin uzunmüddətli etibarlılığı, ehtiyat hissələrinin tapılması və servis xidməti ilə bağlı tərəddüd edirlər. Bu qeyri-müəyyənlik isə insanları gözləmə mövqeyi tutmağa məcbur edir. Digər tərəfdən, bazarda rəqabətin kəskinləşməsi satış tempini zəiflədib, çünki seçim imkanı artsa da, müştəri sayı dəyişməz qalıb."Bu isə qərarvermə prosesini ləngidir və insanların daha çox gözləmə mövqeyi seçməsinə səbəb olur. Digər tərəfdən, bazarda Çin avtomobillərinin çoxalması digər markalar üçün də rəqabəti artırıb. Nəticədə ümumi satış tempi zəifləyib, çünki seçim çoxalıb, amma alıcı sayı eyni səviyyədə qalıb", - deyə o fikrini yekunlaşdırıb.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.