AZ

Həm müavinət, həm maaş artımı Qarabağda işləyənləri nə gözləyir?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qarabağa qayıdan şəxslərin dayanıqlı məşğulluğunun təmin edilməsi başlıca elementlərdən biridir. İşğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin həm qayıdışdan əvvəl, həm də sonrakı dövrdə məşğulluq imkanlarının qiymətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdəki iş yerlərində onlara üstünlük verilməsi, peşə hazırlığı kimi tədbirləri tətbiq etməklə onların bilik və bacarıqlarının artırılmasını təmin edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində danışıb.

Bildirib ki, həmin ərazilərdə özünüməşğulluq proqramları həyata keçirilir. Köçdən əvvəl müəyyən edilən siyahılar üzrə iş aparılır, şəxslərin hər biri ilə fərdi qaydada görüşlər keçirilir, onların iş imkanları qiymətləndirilir və bunun nəticəsində də onlar üçün uyğun aktiv məşğulluq tədbirlərinə cəlb edilirlər.

“Əsas hədəfimiz işəgötürənlərlə birlikdə həmin ərazilərdə yaradılan iş yerlərində, ilk növbədə, qayıtmış şəxslərin işlə təmin olunmasıdır. Keçmiş məcburi köçkünlərin bilik və bacarıqları həmin aktiv vakansiyaya uyğun odluqda, həmçinin iş yeri məcburi köçkünü qane etdikdə biz həmin şəxsin işlə təmin olunması istiqamətində addım ata bilirik. Eyni zamanda, peşə hazırlığı məsələlərinə çox diqqət göstəririk. Son 3 ildə 6 min keçmiş məcburi köçkünün peşə hazırlığına cəlb edilməsinə nail ola bilmişik”, – nazir əlavə edib.

Anar Əliyev qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Qarabağa köç edən mütəxəssislər birdəfəlik müavinətlərlə təmin olunur. Həmin ərazilərdə işləyən əməkdaşların əməkhaqqılarına 20 faizə qədər artım tətbiq edilir. Həmçinin, işəgötürənlərə münasibətdə sosial sığorta haqlarının subsidiyalaşdırılması kimi proqramlar da mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr