AZ

“Bununla heç vaxt barışa bilmirəm”

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Elvin Abdullayev şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, ifaçı bloger xanımı Afət Abdullayeva ilə münasibətlərindən danışıb. O, həyat yoldaşına hər zaman dəstək olduğunu vurğulayıb.

"Həyat yoldaşıma hər zaman dəstəyəm. Həmçinin o da mənə dəstəkdir. Düşünürəm ki, ailə bu cür olmalıdır. Bir şeylə heç vaxt barışa bilmirəm. Bəzən deyirlər ki, "biz kişiyik, xanımın fikirlərinə ehtiyacımız yoxdur". Bəşəriyyətdə belə bir şey yoxdur. Hətta qadınların bir çox fikirləri kişilərinkindən ağıllı olur. Mən də çalışıram ki, bu fikirlərdən yaxşı şəkildə yararlanım".

Qeyd edək ki, Elvin və Afət cütlüyünün 2 oğul övladı var. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
axsam.az

1Mənbələr