AZ

Hazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEO

Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə cəmi iki nəfər maksimal nəticə göstərib. Onlardan biri "Zəngi" liseyinin rus bölməsinin şagirdi Muhammedali Qurbanovdur.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

300 bal topladığına hələ də tam inanmadığını deyən Muhammedali bir anda ölkə gündəminə gəlməsindən məmnundur. O, uğurunun sirrini belə izah edir:

"Gündə əsasən 6-7 saat dərslə məşğul olurdum. Amma mütləq istirahətə də vaxt ayırırdım. Çünki 24 saat oxumaqla beyin yorulur, balans qurmaq çox vacibdir".

Repetitor xidmətlərindən istifadə etməyən Muhammedali hesab edir ki, əsas sirr aşağı siniflərdən qurulan möhkəm bazadadır:

"Ən vacibi kiçik siniflərdən dərsləri oxumaqdır. Baza güclü olanda 10-cu və 11-ci siniflərin proqramını mənimsəmək çox asan olur".
 

Gələcəkdə cərrah olmağı hədəfləyən gənc qarşıdakı qəbul imtahanında 400 bal toplayaraq ümumi nəticəsini 700-ə çatdırmaq niyyətindədir. Onun digər məzunlara tövsiyəsi isə belədir:


"Öz üzərinizdə işləyin və istirahət etməyi unutmayın".


Bizim.Media

Seçilən
73
1
bizim.media

2Mənbələr