AZ

Avropa çempionatı: Azərbaycanın daha 4 güləşçisi mübarizəyə qoşulur

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Dieqo Çxikvadzeni 4:2 hesabı ilə üstələyərək həlledici raundda iştirak hüququ qazanıb.

Nihat Məmmədli (60 kiloqram) isə yarımfinalda ermənistanlı Suren Ağacanyana “tuş”la məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Seçilən
41
3
azertag.az

6Mənbələr