TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.
"Unikal" bakupost.az-a istinadən xəbər evrir ki, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.
Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.