Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
"Ölkə.az" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Digər güləşçi Nihat Məmmədli (60 kq) isə sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.