AZ

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

Asiya İnkişaf Bankı (AİB) 2026–2031-ci illər ərzində Azərbaycanın iştirakı ilə ticarətin inkişafı və “yaşıl inkişaf” üzrə regional layihəni nəzərdən keçirir. Layihə Azərbaycanla yanaşı Ermənistan, Əfqanıstan, Banqladeş, Butan, Brüney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan və digər ölkələri əhatə edir.

Layihənin maliyyələşdirilməsi AİB-in Xüsusi Texniki Yardım Fondu (Technical Assistance Special Fund) hesabına 603133 dollar və Avstraliya hökuməti tərəfindən əlavə olaraq 146867 dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Məlumata görə, layihənin coğrafi əhatəsi regional səviyyədədir və əsas icra sektoru sənaye və ticarət sahələrini əhatə edir.

Bu təşəbbüs regional iqtisadi inteqrasiyanın gücləndirilməsinə, ticarət əlaqələrinin inkişafına və dayanıqlı “yaşıl inkişaf”ın təşviqinə xidmət edəcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr