AZ

Final matçında hakim oyunu dayandırıb telefona cavab verdi - Video

style='margin-bottom:10px;'>

Niderland kubokunun finalında qeyri-adi hadisə baş verib.

QOL.az xəbər verir ki, "AZ Alkmaar" - "NEC Nijmegen" matçının baş hakimi Denni Makkelie oyunun gedişində qəfildən fiti çalaraq mübarizəni dayandırıb və meydanın kənarına yollanaraq zəngə cavab verib.

Təcrübəli referinin bu hərəkəti həm tribunadakı azarkeşləri, həm də ekran başındakı izləyiciləri təəccübləndirib. Hadisənin pərdəarxası məqamları isə matçdan bir neçə saat sonra bəlli olub.

Sonradan məlum olub ki, bu addım təhlükəsizlik səbəbindən atılıb. Belə ki, tribunadan meydana atılan pirotexniki vasitələrə görə federasiya rəsmiləri hakimə təcili təlimat veriblər.

Qeyd edək ki, "AZ Alkmaar" rəqibini 5:1 hesabı ilə məğlub edərək kubokun qalibi olub.

Seçilən
59
2
teleqraf.com

3Mənbələr