Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.
Lent.az-ın məlumatına görə, 31 yaşlı Aysel Əhədova (ad və soyad şərtidir) dələduzluqda ittiham olunur.
İttiham aktına görə, o, iki nəfəri SOCAR-da tibb bacısı vəzifəsinə düzəltmək üçün hərəsindən 3633 və 1850 manat pul alıb. Həmçinin “Instagram”da tanış olduğu şairin şerlər kitabını çıxarmaq adı ilə onun 7000 manat pulunu mənimsəyib.
Lakin Aysel Əhədova verdiyi vədləri yerinə yetirməyib. Zərərçəkənlərin şikayəti əsasında qadın saxlanılaraq barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyərək barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.
Zərərçəkənlər onlara dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmadığını bildirib.
Zərərçəkən şair bildirib ki, Ayseli “Instagram”da qiraətçi kimi tanıyıb. Aysel onun şerlərini səsləndirib. Sonrakı tanışlıq zamanı Aysel onun 3000 tirajdan ibarət kitabının nəşr olunmasına və ayrı-ayrı yerlərdə təqdimatının keçirilməsinə söz verib. Bunun üçün ondan 7000 manat pul alıb. Lakin sonradan Aysel bu məsələnin alına bilməyəcəyini deyib. Zərərçəkənin sözlərinə görə, Aysel dəymiş ziyanın 6993 manatını qaytarıb. Ona qarşı şikayət və tələbi yoxdur.
Məhkəmənin qərarı ilə Aysel Əhədova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.