AZ

"Volkswagen" istehsal gücünü bir milyon ədəd azaltmaq niyyətindədir

Berlin, 21 aprel, AZƏRTAC

Almaniyanın ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” artıq istehsal qabiliyyətini azaltmağa çalışır.

AZƏRTAC "Spiegel" nəşrinə istinadla xəbər verir ki, konsernin rəhbəri Oliver Blume yaxın illərdə qlobal istehsal gücünü bir milyon avtomobil azaltmaq istədiyini bildirib.

O, artıq istehsal gücünün şirkət üçün uzunmüddətli perspektivdə dayanıqlı olmadığını, bugünkü bazar və rəqabət şəraitində keçmiş planlamanın qeyri-real olduğunu qeyd edib.

Son illərdə konsern Çində bir milyonluq istehsal gücünü ixtisar edib. 2028-ci ilə qədər isə Avropada "Audi" və "Volkswagen" brendləri üzrə daha bir milyonluq ixtisarın həyata keçirilməsi planlaşdırılır. Şirkət qənaət tədbirləri ilə dünya bazarındakı nəhəng çağırışlara reaksiya verir. Belə ki, ABŞ-ın gömrük rüsumları, Çində artan rəqabət təzyiqi, kiçilməkdə olan Avropa bazarı və Yaxın Şərqdəki müharibə avtomobil istehsalçısının vəziyyətini çətinləşdirir. "Volkswagen" 2030-cu ilədək Almaniyada 50 min iş yerini ixtisar etməyi planlaşdırır.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
4
1
azertag.az

2Mənbələr