İndi toyların şərtləri də dəyişib. Əvvəllər toylarda bəyi el adəti ilə öz dostları oğurlayardı. Zarafatlar, səmimi münasibətlər məclisə xüsusi rəng qatardı. Bu gün isə həmin dostluq anlayışı yeni bir formaya keçib. Artıq bəylər üçün ödənişli dostlar xidməti yaradılıb.
Day.Az Xəzər Tv-yə istinadən xidmətin detallarını açıqlayır.
Belə "kirayə dostlar" xidmətinin qiyməti bir nəfər üçün 150 AZN təşkil edir. Bir sözlə, ödəniş edirsən, heç tanımadığın şəxslər sənin dostların qismində toya təşrif buyururlar.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli