AZ

Ekspert: Enerji qiymətlərinin artımı yalnız müsbət təsir yaratmır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycanın dövlət büdcəsində neftin orta illik qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Neftin illik orta qiymətinin hər 10 dollar artması ölkəyə təxminən 2,2 milyard manat əlavə gəlir qazandırır. Bunun 1,8 milyard manatı Dövlət Neft Fondunun, qalan hissəsi isə dövlət büdcəsinin gəlirlərinin artımı hesabına formalaşır. Burada əsas məqam qısamüddətli deyil, illik orta qiymət artımının təsiridir. Son dövrlərdə qlobal hadisələrin təsiri ilə yalnız neft deyil, qaz qiymətlərində də əhəmiyyətli artım müşahidə olunur.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, enerji qiymətlərinin artımı yalnız müsbət təsir yaratmır.

“Qlobal bazarlarda bahalaşma idxal qiymətlərinin və nəqliyyat xərclərinin artmasına gətirib çıxarır ki, bu da ölkədə idxal inflyasiyasını gücləndirir. Nəticədə xüsusilə sosial həssas əhali qrupları üçün əlavə maliyyə yükü yaranır. Hazırda yeni proqnozlara əsasən, neftin qiymətinin əvvəlki 55–65 dollar intervalından daha yüksək səviyyədə qalacağı gözlənilir. Bəzi qiymətləndirmələrə görə, yaxın dövrdə qiymətlər 80 dolların üzərində, hazırda isə 100 dollar ətrafında formalaşır. Regionda baş verən gərginliklərin digər təsirləri də mövcuddur. Xüsusilə İran üzərindən idxal və tranzit imkanlarının məhdudlaşması daşıma xərclərini artırır və alternativ marşrutlara keçid səbəbilə idxalın bahalaşmasına gətirib çıxarır”, - deyə Xalid Kərimli vurğulayıb.

İqtisadçı-ekspert bildirib ki, hazırda neft qiymətlərindəki dəyişkənlik əsasən Hörmüz boğazı ətrafında baş verən hadisələrlə bağlıdır: “Bu istiqamətdə müsbət xəbərlər qiymətlərin enməsinə, gərginlik isə artmasına səbəb olur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
azertag.az

3Mənbələr