AZ

“DSA 2026” sərgisində Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında məlumat verilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “DSA 2026” 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi çərçivəsində aprelin 21-də Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədrinin müavini İhsan Kaya və qardaş ölkənin “Makina ve Kimya Endüstri” şirkətinin baş direktoru İlhami Keleş ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə müdafiə sənayesi üzrə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi, silah və hərbi texnika istehsalı və yeni texnoloji həllərin tətbiqi istiqamətlərində fikir mübadiləsi aparılıb. Bununla yanaşı, qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr edilib. Tərəflər mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün səylərin davam etdirilməsinin önəmini qeyd ediblər.

Sərgi çərçivəsində Malayziyanın Kedah ştatının şahzadəsi Tengku Sarafudin Badlişah, Türkiyənin milli müdafiə nazirinin müavini Musa Heybət və Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət ediblər. Onlara Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında ətraflı məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
azertag.az

5Mənbələr