Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Dərs və məşqlərin keçirilməsində məqsəd vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, bu sahədə rəhbər heyətin funksional vəzifələrini lazımi səviyyədə yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.
Tədbirlər zamanı müəssisələrin heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, kollektivlərin təxliyəsi, "zərərçəkmişlərə ilk yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla keçən tədbirlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.





