Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avtomobil sahibləri üçün sığorta haqqının hesablanmasında illərdir vərdiş etdiyimiz qaydalar artıq tarixə qovuşur. İndiyə qədər hamının "Bonus-Malus" kimi tanıdığı sistem yerini daha fərqli və detallı bir mexanizmə verir.Demokrat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı mühüm dəyişikliklər edib. Yeni qaydalara əsasən, sığorta haqqı artıq "sığorta tarixçəsi əmsalı" əsasında hesablanacaq. Bu o deməkdir ki, ödəyəcəyiniz məbləğ birbaşa sürücülük keçmişinizdən və törətdiyiniz qəzalardan asılı olacaq.Yeni mexanizmdə əmsallar 0.60 ilə 3 arasında dəyişir. Əgər sükan arxasında ehtiyatlısınızsa və sığorta hadisəsi törətmisinizsə, hər il üçün sığorta haqqına 5 faiz güzəşt ediləcək. Lakin qəzada təqsirli tərəf olsanız, hər hadisəyə görə sığorta məbləği 30 faiz artacaq.Maraqlı məqamlardan biri də avtomobili idarə edən şəxslərin sayı ilə bağlıdır. Əgər maşını sürmək hüququ olanların sayı 4 nəfərdən çoxdursa, ödənişə əlavə faizlər gələcək. Fiziki şəxslər üçün müqavilə bağlanarkən sükan arxasına keçəcək şəxslər arasında kimin sığorta tarixçəsi daha pisdirsə, qiymət məhz onun göstəricisinə uyğun müəyyən ediləcək.Şirkətlər üçün isə vəziyyət bir qədər fərqlidir. Taksi fəaliyyəti istisna olmaqla, hüquqi şəxslərin sığorta əmsalı sabit saxlanılaraq 1 səviyyəsində müəyyən edilib. Köhnə sistemdə topladığınız "Bonus-Malus" balları isə itməyəcək, onlar avtomatik olaraq yeni sistemə köçürüləcək.Bu yeniliklər rəsmi dərc olunduğu gündən iki ay sonra tam qüvvəyə minəcək.Yəni, sürücülər artıq maşını nə qədər ehtiyatlı sürsələr, sığorta sənədinə bir o qədər az pul ödəyəcəklər, qəza törədənlərin isə xərci xeyli artacaq.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.