AZ

Əfsanə geri qayıdır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya avtomobil nəhənginin pərəstişkarlarını həyəcanlandıran xəbər yayılıb. Uzun müddətdir yollardan kənarda qalan əfsanəvi modelin yenidən qayıdışı üçün hazırlıqlara başlanılıb.Demokrat.az xəbər verir ki, "Mercedes-Benz" şirkəti EQS modelini əvəzləyəcək yeni "S-Class Coupe" üzərində işləyir. Markanın ən zərif avtomobillərindən sayılan bu model cəmi altı il istehsal edildikdən sonra satış göstəriciləri aşağı olduğu üçün dayandırılmışdı. İndi isə şirkət daha cəsarətli addım ataraq dizaynda kəskin dəyişikliklər etməyi planlaşdırır.Yeni nəsil avtomobil həm daxili yanma mühərriki, həm də tam elektrik mühərriki ilə təchiz olunacaq. Bu yanaşma EQS modelinin tarixdə qalması deməkdir. Avtomobilin eksteryerində ensiz faralar və böyük radiator barmaqlığı üstünlük təşkil edəcək. Uzun kapot və maili dam örtüyü kimi klassik cizgilər isə qorunub saxlanılacaq.Lüks seqmentdə ciddi səs-küy yaratması gözlənilən yeni "S-Class Coupe" modelinin təqdimatı onilliyin sonuna planlaşdırılır.Yəni, "Mercedes" şirkəti elektrikli EQS modelini istehsaldan çıxararaq, onu həm elektrik, həm də benzinlə işləyən yeni, daha dəbdəbəli "S-Class" kupe modeli ilə əvəzləməyə hazırlaşır.İsmayıl

Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
demokrat.az

1Mənbələr