AZ

Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək

BAKI, 21 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə veriblər.

Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Bildirilib ki, missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək. Məlumata görə, missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandata malik olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” (EUPM Armenia)adlandırılacaq.

Seçilən
10
teleqraf.com

1Mənbələr