AZ

MOSSAD-ın nüfuzlu agenti öldürüldü

BAKI, 21 aprel. TELEQRAF

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın direktoru David Barnea “M” adlı agentin xarici ölkədə xidməti vəzifəsini yerinə yetirərkən öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu MOSSAD agentinin rəhbərlik etdiyi əməliyyatların yaradıcı və intellektual olduğunu bildirib.

Barneanın sözlərinə görə, “M” İrana qarşı mübarizədə mühüm rol oynayıb.

MOSSAD direktoru agentin ölümünün dəqiq vaxtı və yerini açıqlamayıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr