AZ

İranla müharibədə iştirak etməkdə şübhəli bilinən 40 israilli saxlandı - Putindən Netanyahuya böyük zərbə…



Rusiya hakimiyyəti Moskvada İranla müharibədə iştirak etməkdə şübhəli bilinən 40 israillini saxlayıb.

Bildirilir ki, aralarında uşaqların da olduğu, təxminən 40 İsrail vətəndaşı Moskvanın Domodedovo hava limanında Rusiya hakimiyyəti tərəfindən pasport nəzarətində saxlanılaraq saatlarla dindirilib. İddia edilir ki, onların mobil telefonları yoxlanılıb və onlara İran-İsrail müharibəsi ilə bağlı suallar verilib.

Diplomatik mənbələr bu vəziyyətin iki ölkə arasındakı gərgin münasibətləri əks etdirdiyini bildiriblər. Hadisədən sonra Təl-Əviv hökuməti vətəndaşlarını Rusiyaya səyahət edərkən ehtiyatlı olmağa çağırıb.

İddialara görə, Rusiya ABŞ və İsraillə müharibə aparan İrana Amerika hərbi gəmilərinin, təyyarələrinin və bölgədəki bazalarının yerləri də daxil olmaqla, vacib hədəf kəşfiyyat məlumatları verib. ABŞ kəşfiyyat rəsmiləri iddia ediblər ki, Moskva öz peyk şəbəkəsindən görüntüləri Tehranla paylaşıb və bu dəstək İrana bölgədəki Amerika aktivlərini daha dəqiq vurmağa kömək edib.

Tahir TAĞIYEV

Seçilən
8
baki-xeber.com

1Mənbələr