AZ

Rusiyadan Türkiyəyə uçan təyyarədə ölən sərnişin dünyaşöhrətli dirijor imiş FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sankt-Peterburqdan İstanbula uçan və Buxarestdə təcili eniş edən təyyarənin göyərtəsində dünyasını dəyişən şəxsin tanınmış dirijor Sergey Stadler olduğu məlum olub.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Xalq artisti, "Peterburq-konsert" təşkilatının bədii rəhbəri və Sankt-Peterburq Simfonik Orkestrinin baş dirijoru Sergey Stadler uçuş zamanı vəfat edib.

Qeyd edək ki, Sergey Stadler dünyaşöhrətli musiqiçi olub. O, karyerası ərzində 90-dan çox ölkədə qastrol səfərlərində iştirak edib və 70-dən artıq musiqi diski yazdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
avtosfer.az

1Mənbələr