Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
İndiki akkumulyator batareyaları kifyət qədər uzunömürlüdür. Bununla belə, bu vacib komponent sürücüyə sürpriz yaşada bilər.
Avtosfer.az xəbər verir ki, batareya gözlənilmədiyi halda boşala və avtomobil hərəkətsiz qala bilər. Köhnə avtomobili itələyərək işə salmaq mümkündür. Lakin eyni şeyin müasir, avtomat ötürməli avtomobildə edilməsi istisnadır. Bu səbəbdən istənilən sürücü akkumulyator dəyişmək məcburiyyəti ilə üzləşə bilər. Bəs belə olan halda necə düzgün davranmalı?
Düzgün qayda belədir: mühərrik söndürüldükdən sonra əvvəlcə mənfi, sora isə müsbət qütb batareyadan ayrılmalıdır. Quraşdırma isə əks ardıcıllıqla aparılmalıdır. Mənfi qütb batareyadan ayrıldıqdan sonra müsbət qütb təsdadüfən metala toxunsa belə, qısaqapanma olmayacaq.
Akkumulyatorun kontaktları ərp bağlayıb oksidləşdikdə isə onu çıxarmaq çətin olur. Oksidləşmə həm də keçiriciliyin pisləşməsinə səbəb olur: bunu təmizləməyin sadə üsulu isə konkaktın üzərinə sodalı ilıq su və ya adi qazlı su tökməkdir. Cəmi 5 dəqiqəyə bütün kontaktlar təmizlənir.
Kontaktı yerinə bərkitdikdən sonra konsistent (bərk) yağla yağladıqda oksidləşmə gec baş verir.
Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.