Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müğənni Fərid Eminov müğənnilik sahəsinə təsadüfi gələn şəxslər barədə danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o “Xəzəraxşamı” verilişində danışıb:
“Bəzi insanlar var ki, ümumiyyətlə müğənnilik sahəsinə aid deyillər. Məsələn, dünənə qədər dırnaq ustası olan biri baxır ki, müğənni olsa daha çox qazanar. Gedir studiyaya, mahnı yazdırır, oxuyur və sonra restoranlara özünü təqdim etməyə başlayır.
Çünki burada qadın və kişi amili də müəyyən rol oynayır. Açıq desək, bu gün restoranlarda qadınlara daha çox üstünlük verilir. Məqsədim kiminsə peşəsini aşağılamaq deyil. Sadəcə bu, bir sənətdir və hər adam gəlib oxuya bilməz.
Düzdür, indi daha çox televiziya kanallarının üzərinə düşürlər, amma yenə də bu yanaşma düzgün deyil”.
Günay
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.