AZ

Gerasimov Rusiya qoşunlarının bütün istiqamətlərdə irəlilədiyini bildirib

2026-cı ilin əvvəlindən bəri Rusiya ordusu 1700 kvadrat kilometrdən çox ərazini və 80 yaşayış məntəqəsini nəzarətə götürüb. Mart ayında bu rəqəm 34 yaşayış məntəqəsi təşkil edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin Max-a verdiyi məlumatda qeyd edilib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “Cənub” qüvvələr qrupunun döyüş tapşırıqlarını yoxlaması zamanı bildirib ki, Rusiya ordusu “Luqansk Xalq Respublikası”nın (Ukraynanın Luqansk vilayəti - red.) ərazisini tam nəzarətə götürüb və bütün istiqamətlərdə hücumlarını davam etdirir.

Onun hesabatına görə, mart ayında ordu 34 yaşayış məntəqəsini və 700 kvadrat kilometr ərazini ələ keçirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr