AZ

Luqanskın işğalı başa çatdı Gerasimov yenə elan etdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

“Luqansk xalq respublikasının” azad edilməsi tam başa çatdı.

Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O bildirib ki, hazırda bütün istiqamətlərdə hücum davam etdirilir:

“Mart-aprel aylarında keçirilən əməliyyatlar zamanı rus qoşunları 34 yaşayış məntəqəsini və təxminən 700 kvadrat kilometr ərazini nəzarətə götürüb. Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş də qeydə alınıb. Bölmələr bu şəhərlərin şərq kənarlarından təxminən 12 və 7 kilometr məsafədə yerləşir”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi aprelin 1-də Luqansk vilayətinin işğalının tam başa çatdırıldığını elan etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
axar.az

2Mənbələr