AZ

"Mançester Yunayted" 16 yaşlı futbolçu üçün 40 milyon avro ödəyə bilər

BAKI, 21 aprel. TELEQRAF

"Mançester Yunayted" Braziliyanın gənc istedadlarından Eduardo Konseysaonu transfer etmək istəyir.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə nəhənginin nümayəndələri yaxın günlərdə "Palmeyras" klubunun 16 yaşlı cinah oyunçusu üçün rəsmi təklif göndərəcək.

Bildirilir ki, “qırmızı şeytanlar” futbolçuya görə təxminən 40 milyon avro ödəməyə hazırdır.

“Palmeyras”ın bu təklifi qəbul etmə ehtimalı aşağı qiymətləndirilir. Braziliya klubu oyunçunun transferi üçün minimum 50 milyon avro tələb edir.

Qeyd edək ki, futbolçu ilə daha əvvəl "Mançester Siti" və "Barselona" da maraqlanıb.

Seçilən
37
teleqraf.com

1Mənbələr