AZ

Pirallahıda piyada keçidindən keçən 58 yaşlı kişini avtomobil vuraraq öldürüb

Pirallahıda 58 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Far.Az" xəbər verir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivində 1988-ci il təvəllüdlü Umudov İntizar Lətif oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
34
1
far.az

2Mənbələr