AZ

Paşinyan nöqtəni qoydu: Biz Qarabağ məsələsini...

Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülkü Müqavilə” Partiyasının seçkiqabağı proqramını açıqlayarkən Azərbaycanla münasibətlərin hazırkı vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.

Publika.az xəbər verir ki, Paşinyan bölgədəki keçmişlə bağlı müzakirələrin geridə qalmalı olduğunu bildirərək deyib: "Artıq kimin harada yaşadığı üzərində dayanmayacağıq. Biz Qarabağ məsələsini bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik".

Paşinyan davamlı sülh üçün konkret mexanizmlərin yaradılmasının vacibliyini vurğulayaraq, bu prosesin artıq başladığını və onun irəliləməsinin prioritet məqsədlər arasında olduğunu qeyd edib. O, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Trampın Sülh və Rifaha Doğru Yolunun (TRIPP) həyata keçirilməsinin, sülh müqaviləsinin imzalanmasının və təsdiqlənməsinin prosesin daha da institusionallaşdırılması istiqamətində fundamental addımlar olacağını bildirib.

Paşinyan həmçinin vətəndaş cəmiyyəti və biznes nümayəndələri arasında əlaqələrin, ikitərəfli ticarətin və siyasi, mədəni və humanitar dialoqun inkişafının sülhün möhkəmləndirilməsində mühüm rol oynadığını və partiyasının bu sahələrdə atılan addımları təşviq edəcəyini və dəstəkləyəcəyini bildirib.

Seçilən
20
publika.az

1Mənbələr