AZ

AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Mərkəzi vəQərbi Asiya ölkələrində dövlət satınalmaları sistemlərinin vəinstitusional potensialın gücləndirilməsinə yönəlmiş yeni regionaltexniki yardım (TY) layihəsini nəzərdən keçirir.

Bu barədə Trendbanka istinadən məlumat verir.

“Dövlət satınalmaları və institusional potensial üzrə regionalmühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)” adlıtəklif olunan təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək.

Layihə regionun geniş ölkələr dairəsini, o cümlədən Ermənistan,Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan,Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı əhatə edəcək.

AİB-in məlumatına görə, layihənin əsas təsiri Mərkəzi və QərbiAsiyada milli satınalma sistemlərinin beynəlxalq qabaqcıl təcrübəyəuyğun şəkildə gücləndirilməsi olacaq. Nəticədə bank tərəfindənmaliyyələşdirilən suveren investisiya əməliyyatları çərçivəsindəmilli satınalma sistemlərindən daha geniş istifadə gözlənilir.

Texniki yardım çərçivəsində bir sıra diaqnostik və analitiktədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bunlara İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatının Satınalma SistemlərininQiymətləndirilməsi Metodologiyası (MAPS) əsasındaqiymətləndirmələr, nəticəyönümlü kreditləşmə üçün fidusiarsistemlərin təhlili, eləcə də dövlət elektron satınalmasistemlərinin (e-GP) və agentliklərin effektivliyinin AİBmetodologiyaları əsasında icmalı daxildir.

Əlavə fəaliyyət istiqamətlərinə ölkə və sektor səviyyəsindəsatınalma risklərinin qiymətləndirilməsi (ölkə tərəfdaşlığıstrategiyaları nəzərə alınmaqla), həmçinin satınalmaların stratejiplanlaşdırılması prosesləri daxil ola bilər. Proqram, həmçinin,qoşulmağa namizəd ölkələrdə milli satınalma sistemlərinin ÜmumdünyaTicarət Təşkilatının Dövlət Satınalmaları üzrə Sazişinin (GPA)tələblərinə uyğunlaşdırılması üçün hədəfli qiymətləndirmələri dənəzərdə tuta bilər.

Təşəbbüs, həmçinin onların modernləşdirilməsi və AİB tərəfindənmaliyyələşdirilən müqavilə şərtləri ilə uyğunluğunun təmin edilməsiməqsədilə regional arbitraj mərkəzlərinin və müvafiq hüquqiçərçivələrin təhlilini nəzərdə tutur. Sorğu əsasında dövlətsatınalmaları və müqavilələrin bağlanması sahəsində siyasət vəsistem səviyyəsində digər xüsusi qiymətləndirmələr də aparılabilər.

AİB-də qeyd olunub ki, bir sıra diaqnostik tədbirlər, xüsusiləMAPS qiymətləndirmələri maraqlı tərəflərin, o cümlədən vətəndaşcəmiyyəti və özəl sektor nümayəndələrinin geniş iştirakını nəzərdətutur. Diaqnostika nəticəsində təşkil olunacaq bilik mübadiləsitədbirləri də islahatlar çərçivəsində müzakirə və təkliflərinhazırlanması üçün platforma rolunu oynayacaq.

“Dövlət satınalmaları və institusional potensial üzrə regionalmühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)” adlıtəklif olunan təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək.

Məqalədə:
Seçilən
79
23
az.trend.az

10Mənbələr