AZ

Üç azərbaycanlı bürünc medal uğrunda yarışacaq - Qitə birinciliyində

Azərbaycanın yunan-Roma güləşçiləri Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda yarışacaqlar.

Sportinfo.az xəbər verir ki, B.Kandelaki yarımfinalda Dariuş Viteklə üz-üzə gəlib.

Macarıstanlı güləşçi ilə görüşdə 1:1 hesabı qeydə alınsa da, rəqib ilk xal prinsipinə əsasən qalib elan edilib.

İslam Abbasov (87 kq) yarımfinalda Bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.

1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) isə rəqibi finala yüksəldiyi üçün bürünc mükafat uğrunda görüşlərə çıxacaq.

Seçilən
47
sportinfo.az

1Mənbələr