AZ

Enerji nəhəngləri Yaxın Şərqdən Afrika və Amerikaya yönəlir

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Dünyanın aparıcı enerji şirkətləri Yaxın Şərqdə artan risklər fonunda investisiya istiqamətlərini dəyişir.

“The Wall Street Journal” yazır ki, “Chevron” və “Exxon Mobil” kimi şirkətlər İran ətrafındakı gərginlik və Hörmüz boğazında problemlər səbəbindən Afrika və Amerika regionlarına yönəlir.

Məlumata görə, “Exxon Mobil” Nigeriya sahillərində dərin su layihələrinə $24 milyardadək investisiya yatırmağı planlaşdırır. “Chevron” isə Venesuelada fəaliyyətini genişləndirərək bu il $7 milyard ayırıb.

“BP” Namibiya sahillərində pay alıb, “TotalEnergies” isə Türkiyə ilə kəşfiyyat razılaşması əldə edib. Eyni zamanda, iri şirkətlər Aralıq dənizi regionuna da maraq göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
apa.az

2Mənbələr