ain.az, Axar.az saytına istinadən bildirir.
Hazırda yalnız mən və NATO-nun baş katibi Mark Rutte Avropada ABŞ Prezidenti Donald Trampla normal ünsiyyət qura bilir.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
Merz özünü və Rutteni Trampla "nisbətən etibarlı və yaxşı" danışa bilən şəxslər kimi təsvir edib: "Digərlərinin nədənsə onunla daha çox problemi ola bilər".
Merz əlavə edib ki, Almaniya hökumətinin başçısı istənilən ABŞ prezidenti ilə ortaq dil tapmalıdır.
O, həmçinin qeyd edib ki, Trampla bağlı qapılar arxasında ünsiyyət ictimaiyyət qarşısında ünsiyyətdən daha yaxşıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.