AZ

Sosial media fenomeni yarış zamanı gözdən itdi: meyiti tapıldı

Sosial mediada sağlam həyat tərzi paylaşımları ilə tanınan 38 yaşlı Mara Flacia Araujo, ABŞ-ın Texas ştatında keçirilən "Ironman" yarışında göldə boğularaq dünyasını dəyişib.

Azreform.info xəbər verir ki, Braziliyada yaşayan və bir müddətdir yarış üçün ABŞ-da olan Araujo, "Memorial Hermann Ironman" turnirinin üzgüçülük mərhələsi zamanı suda gözdən itib. Qaçış, velosiped və üzgüçülükdən ibarət olan çətin sınaqda iştirak edən idmançının cansız bədəni gölün təxminən 3 metr dərinliyində tapılıb.

Braziliya mətbuatına danışan rəfiqəsi Araujonun yarışdan əvvəl özünü pis hiss etdiyini bildirib:

"Xəstə idi, zəif olduğunu və yarışmamasını dedik, amma dinləmədi. Qrip keçirmişdi".

Maraqlıdır ki, Araujo daha əvvəl verdiyi müsahibələrdə triatlonla məşğul olmağa 8 il əvvəl, məhz sağlamlıq problemlərini aradan qaldırmaq üçün başladığını bildirmişdi. Onun ölümündən bir qədər əvvəl məşq zamanı etdiyi son paylaşımında "Bax, yeni bir gün" qeydini yazması izləyicilərini kədərləndirib.

Seçilən
5
3
azreform.info

4Mənbələr