AZ

Sankt-Peterburq-İstanbul reysindəki sərnişin ÖLDÜ: Təyyarədə HƏKİM OLMAYIB – YENİLƏNDİ

Sankt-Peterburq-İstanbul reysindəki sərnişin dünyasını dəyişib: Təyyarədə həkim olmayıb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqdan İstanbula uçan “Airbus A321” təyyarəsindəki 60 yaşlı sərnişini xilas etmək mümkün olmayıb. Uçuşun ikinci saatında təyyarə təcili eniş üçün Buxarestə istiqamətlənib.

Məlumata görə, təyyarənin quyruq hissəsində əyləşən sərnişin klinik ölüm keçirib. Şahidlərin sözlərinə görə, həmin şəxs uçuş zamanı özünü pis hiss edib. Təyyarədə bir nəfər də olsun həkimin olmaması səbəbindən ilkin tibbi yardımı “Pegasus” aviaşirkətinin əməkdaşları göstərməyə çalışıblar. Lakin təyyarə Buxarestə endikdən sonra tibb işçilərinin salon daxilində apardığı reanimasiya tədbirləri nəticə verməyib.

Sərnişinləri iki saat təyyarə salonunda gözlədiblər. Hazırda onlara su və şokolad verilib, daha sonra isə hava limanının terminalına keçiriliblər.

***

20:59

Sankt-Peterburq-İstanbul reysi ilə uçan təyyarə Rumıniyada təcili eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Pegasus Airlines” məlumat yayıb.

Sankt-Peterburqdan İstanbula uçan “Airbus A321” tipli təyyarə Rumıniyada təcili eniş etməyə məcbur olub.

Uçuşa başladıqdan iki saat sonra hava gəmisi təhlükə siqnalı verib.

Təyyarənin təcili eniş etməsinə sərnişinlərdən birinin klinik ölüm keçirməsi səbəb olub.

Hazırda tibb işçiləri həmin şəxsi reanimasiya etməyə çalışırlar.

Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiya ilə Rumıniya arasında birbaşa uçuşlar dayandırılıb. Lakin vəziyyətlə əlaqədar təyyarə Buxarestdə eniş edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
5
interpress.az

6Mənbələr